Mənzurə ilə Əlikram toy üstündə dalaşdı - QALMAQAL

Müğənni Mənzurə Musayeva ilə Əlikram Bayramov toy üstündə dalaşıb.

Ucnoqta.az axsam.az-a istinadən xəbər verir ki, bu haqda Əlikram "Onun sirri" verilişində deyib. O bildirib ki, günah onda olub:

"Mənzurə Musayeva ilə aramızın dəyməsinə günahkarı mənəm. Mən dotuma inanmamalıydım. Apreldən bu yana küsmüşük. O gündən danışmamışıq, söhbətimiz olmayıb. Apreldə pandemiya dövrü idi. Rusiyada tədbirlər gedirdi. Bir çox sənət dostu getdi orada oxudu. Mənzurəyə Kazandan təklif gəldi, o da mənimlə getməyi təklif etdi. Razılaşdım, ardından başqa bir dostum zəng vurdu ki, bir gedək. Mənzurə xanımın planı qaldı bir kənarda. Həmin adam dedi ki, gəl, sonra Mənzurəyə deyərik. Getdik, gördüm o qədər pul yoxdur, iş vermir. Mənzurəyə demədim. Sonra özü gəldi, hər şeyi yıxdılar mənim üstümə. Qəlbi məndən küsüb. Dost idik, ona deməli idim. Sonra da mənə onun dilindən sözlər dedilər. Məni qızışdırdılar ki, sənin haqqında nələrsə deyib. Mən də əsəbləşdim, özümə hakim olmadım. Danışdım, sonra peşman oldum. Xanım idi, bəlkə heç elə deməmişdi".

Daha sonra studiyaya gələn Mənzurə kövrəlib və "Sən məni tapdalayıb ora getməməli idin. Bir xanım olaraq qəlbim sınmışdı. Etiraf etdiyi üçün onu bağışlayıram. Mənim telefon danışıqlarımı ona, onun səsini mənə atırdılar. Düşünürdüm ki, Əlikram deyəcək, birlikdə gedək. Bir də gördüm həmin adam mənə yazdı ki, Əlikram buradadır" sözlərini söyləyib.

 

Tarix
12 Oktyabr 2021 [19:17]
Müəllif
Üç nöqtə
2021-10-12 19:17:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin