18 Oktyabr qeyri-iş günü olacaq? - AÇIQLAMA

Dünən 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Bu məsələ qanunun predmeti deyil.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanunla bağlı Əmək Məcəlləsinə də dəyişiklik ediləcək: ““Bu layihə qəbul olunandan sonra yəqin ki, Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihə gələcək. Amma düşünmürəm ki, bu, konkret bayram gününə hesablanmış dəyişiklik olacaq. Bu, texniki dəyişiklik olacaq”.

Qeyd edək ki, qanun layihəsinə əsasən, Azərbaycanda 28 May - "Müstəqillik Günü" və 18 Oktyabr - "Müstəqilliyin Bərpası Günü" adlandırılması təklif edilir.
İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlandırılacaq.

Tarix
12 Oktyabr 2021 [12:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-12 12:54:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin