Yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi aşkarlanıb

13:45 - 26 Sentyabr 2021 - HADİSƏ

Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Qusar rayon sakini Ədalət Məmmədəliyevin COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti