Pakistanda partlayış nəticəsində 4 zabit həlak olub

Pakistanın Bəlucistan əyalətində içərisində mina olan avtomobilin partlaması nəticəsində 4 Pakistan təhlükəsizlik zabiti ölüb, 2 nəfər yaralanıb.

APA bildirir ki, bu barədə "Dawn" qəzeti yazıb.

Qəzetin yazdığına görə, Sərhəd Korpusunun zabitləri şənbə günü partlayışın baş verdiyi Harnai rayonunda patrul xidməti həyata keçiriblər.

Onların olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun üzərindən keçərkən partlayış olub.

Hadisə yerinə gələn digər təhlükəsizlik qüvvələri yaralıları xəstəxanaya aparıblar.

Tarix
26 Sentyabr 2021 [10:04]
Müəllif
Üç nöqtə
2021-09-26 10:04:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin