Qadın çörək doğrayarkən bıçaq buduna girdi

10:00 - 26 Sentyabr 2021 - HADİSƏ

Tovuzda qadın xəsarət alıb.

Hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.
1995-ci il təvəllüdlü Fətahlı Səbinə Nüsrət qızı bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının dediyinə görə, çörək doğrayan zaman ehtiyatsızlıqdan bıçaq ayağına xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti