Cəlilabadda ev yanıb

21:24 - 22 Sentyabr 2021 - HADİSƏ

Cəlilabadda yaşayış evi tamamilə yanıb.

Rayonun Çünəxanlı kəndində Akif Yavər oğlu Ağayevə məxsus ev yanıb. Küləkli hava şəraiti yanğını daha da alovlandıraraq birmərtəbəli evin əşyaları ilə birlikdə yanmasına səbəb olub.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və 3 texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb və söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti