Cozef Bayden çıxışında BMT ilə ABŞ-ı dəyişik salıb

15:32 - 22 Sentyabr 2021 - DÜNYA

ABŞ Prezidenti Cozef Bayden Baş Assambleyanın 76-cı sessiyasındakı çıxışında Birləşmiş Ştatlarla BMT-ni dəyişik salıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Sky News” yayıb.
"ABŞ demokratik dəyərləri, azadlığı və bərabərliyi müdafiə edəcək. Mən bütün insanların universal hüquqlarına inanıram, bu, millətimizin DNT-sindədir, ən əsası, bu təşkilata - ABŞ-a xasdır”, - C.Bayden bildirib.

O, bununla da çıxışı oxuyan zaman “United States of America”nı - ABŞ-ı “United Nations” - BMT sözlərindəki “united” sözü ilə qarışıq salıb.

Bildirilib ki, ABŞ Prezidenti bundan əvvəl “Taliban” liderləri ilə təmas saxlamasından danışarkən Dohanın yerinə Kabil işlətmişdi: “Kabildə “Taliban” liderləri ilə daim əlaqə saxlayırıq”.

O, çıxışlarının birində Liviyanı Suriya, İraqı İran, başqa birində isə Barak Obamanı Donald Trampla qarışdırıb.

Xəbər xətti