Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini ötüb

15:46 - 22 Sentyabr 2021 - DÜNYA

Rusiyada son sutka ərzində koronavirusdan 817 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu, avqustun 26-dan sonra qeydə alınmış ən yüksək göstərici olub.

Bu günədək ölkədə ölənlərin sayı 200 625 nəfərə çatıb.

Eyni zamanda, Rusiyada ötən gün 19 706 yeni yoluxma qeydə alınıb.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 7,33 milyon nəfəri ötüb.

Xatırladaq ki, Rusiyada koronavirusdan ölüm hallarında ən yüksək göstərici avqustun 26-da qeydə alınmışdı. Həmin gün ölkə ərazisində 820 nəfər həyatını itirmişdi.

Xəbər xətti