Ukrayna Prezidentinin müşavirinə sui-qəsd olub

12:57 - 22 Sentyabr 2021 - DÜNYA

Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müşaviri Sergey Şefirə sui-qəsd olub.

“Report” xəbər verir ki, məlumatı “ukranews” yayıb.

“Sergey Şefirə atəş açılıb. Onun sürücüsünə 3 güllə dəyib. Hazırda yaralı sürücü ağır vəziyyətdə reanimasiyadadır. Sergey Şefir sağdır və yaralanmayıb”, - məlumatda bildirilib.

Xəbər xətti