Bakı Uşaq və Gənclər Teatrı bir qrup şəhid övladları üçün tədbir keçirib - Foto

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrı 19 sentyabrda yeni dərs ilinə hazırlaşan bir qrup şəhid övladları üçün tədbir keçirib.

Teatrdan Ucnoqta.az-a verilən məlumata görə, Sevda Əliyevanın təşkilatçılığı ilə keçən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Bakı Uşaq və Gənclər Teatrının aktyorları respublikanın əməkdar artisti Xəzər Gəncəli, sehrbaz Tofiq əmi, Mehman Piriyev, Gülər Ləzgioyeva, Əfruz Əliyeva, Qurban Əhmədov, Sənan Fərzəliyev, Rəhimə Abdinovanın ifasında səhnəciklər və musiqi nömrələri təqdim olunub.

Tədbirin rejissoru İlhamə Əhmədovadır.
Vətənimizin azadlığı uğrunda öz canlarını fəda etmiş oğulların övladları bizim hər birimiz üçün doğma və dəyərlidirlər.
 

Tarix
20 Sentyabr 2021 [11:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-09-20 11:37:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin