Azərbaycan qırıcıları Bosfor boğazı üzərində uçacaq

11:12 - 20 Sentyabr 2021 - Xəbər

Sabah Bakı vaxtı ilə saat 12:00-12:30-da Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları uçuşlar keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilir ki, sentyabrın 21-də İstanbulda "Texnofest-2021" festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.

Uçuşlarda Türkiyənin "Türk ulduzları" və "Solotürk" F-16 qrupları ilə yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin iki MiQ-29 qırıcıları iştirak edəcək.

Xəbər xətti