Səyyad Əlizadənin son durumu açıqlanıb

10:48 - 20 Sentyabr 2021 - Cəmiyyət

Koronavirusa  yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu Unikal.org-a  açıqlamasında  müğənninin qohumu Razim Qarayev bildirib.  O, Səyyad Əlizadənin vəziyyətinin  ağır olduğunu qeyd edib.

"Süni komadan çıxarılmayıb.  Nə yaxşıdır, nə də ki,  pis. Nəzarət  altındadır".

Qeyd edək ki,  müğənni Səyyad Əlizadə Mərkəzi Gömrük Hospitalında müalicə  alır. 

Xəbər xətti