Azərbaycana keçmiş mülki ermənilər qarşı tərəfə qaytarılıb

08:21 - 20 Sentyabr 2021 - Xəbər

Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib. “Report” xəbərinə görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb. Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb.

Xəbər xətti