Mahir Emreli Polşa çempionatında ilk qolunu vurdu - VİDEO

22:02 - 19 Sentyabr 2021 - İDMAN

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Varşava təmsilçisinin heyətində növbəti qolunu vurub.

24 yaşlı hücumçu "Qurnik Lençna" komandasına 3:1 hesabı ilə qalib gəldikləri Ekstraklasanın VIII tur matçında fərqlənib.
Fasilədən sonra Tomaş Pexartın yerinə meydana daxil olan forvard 79-cu dəqiqədə görüşdə son nöqtəni qolub. Bu, onun Polşa çempionatında ilk qolu olub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 9-a çatdıran "Legiya" 12-ci pillədə qərarlaşıb. Paytaxt klubu rəqiblərindən 2 oyun az keçirib.///report

Xəbər xətti