"Volkswagen" işıq dirəyinə çırpıldı: sürücü və 2 sərnişin DİRİ-DİRİ YANDI - VİDEO

22:12 - 18 Sentyabr 2021 - HADİSƏ

Rusiyanın Novosibirsk vilayətində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Yerli vaxtla səhər 6-da Dimitrov prospekti ilə Dəmiryol Stansiyasına doğru hərəkətdə olan “Volkswagen Polo” markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən maşın yanmağa başlayıb. Sürücü və avtomobildə olan digər 2 sərnişin sıxılı vəziyyətdə olduqlarından maşında çıxa bilməyiblər. Hər üçü diri-diri yanaraq faciəli şəkildə ölüblər.

İlkin məlumata görə, yağış yağması nəticəsində yolun sürüşkənliyi nəticəsində avtomobil idarəetmədən çıxıb. 

Xəbər xətti