Baş Prokurorluq İmişlidə baş verən qətllə bağlı məlumat yayıb

11:37 - 18 Sentyabr 2021 - HADİSƏ

Baş Prokurorluq İmişli rayonunda baş verən qətllə bağlı məlumat yayıb. İmişli Rayon Prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, sentyabrın 18-də rayonun Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılan araşdırmalarla zərərçəkmişin dayısı oğlu Azad Mürsəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi evin həyətyanı sahəsində qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Azad Mürsəlov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Xəbər xətti