Prezident Cəlilabada yeni icra başçısı təyin edib

13:36 - 14 Sentyabr 2021 - Xəbər

Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

​Prezident İlham Əliyevin digər sərəncamı ilə Rafiq Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.


Xəbər xətti