Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

16:45 - 27 Avqust 2021 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində məlumat yayılıb.
“Qazaxıstanın Jambıl bölgəsinin cənubunda hərbi anbarda partlayış xəbəri bizi kədərləndirdi. Bu faciəvi hadisənin qurbanlarının ailələrinə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını diləyirik”, - məlumatda qeyd edilib.

Xəbər xətti