Türkiyənin ciyərinə od vuranlar...

17:07 - 6 Avqust 2021 - SİYASƏT

Zalimin qarşısında, məzlumun yanında yer alan qardaş ölkə elə ikincilərin duaları, dostlarının dəstəyilə bu fəlakətli günləri arxada qoyacaq

Türkiyənin cənub bölgələrində iyulun 28-dən başlayaraq davam edən meşə yanğınları təkcə həmin bölgəni yox, bütövlükdə qardaş ölkəni, dolayısı ilə regionu real ekoloji təhlükə ilə qarşı-qarşıya qoyub. Çünki söhbət on min hektarlarla meşə örtüyünün, fauna-flora aləminin məhv olmasından gedir.

Ən son məlumatlara görə, son 9 gündə 44 vilayətdə 191 yanğın nəzarətə götürülsə də, tam qarşısı alınmaz yanğınlar 8 nəfərin həyatına son qoyub, ətraf mühütə böyük ziyan vurub, bəzi yerlərdə kəndlər, yaşayış məhlələrində yaşayan sakinlərin təxliyəsi ilə nəticələnib. Meşə qəhrəmanlarının altı vilayətdə 13 meşə yanğınını nəzarətə götürmək uğrunda mübarizələri böyük fədakarlıqla davam edir.

Yanğınların söndürülməsinə Türkiyə dövlətinin bütün imkanları səfərbər edilsə də, bu yetərli olmadığı üçün başqa ölkələrin köməyinə ehtiyac yaranıb. Hazırda xarici ölkələrə məxsus ümumi 18 hava nəqliyyatı yanğınların söndürülməsində fəal iştirak edir. Yanğınların başladığı ilk gündən gözləndiyi kimi qardaş ölkənin harayına yetişən can Azərbaycan olub.

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon danışığında bildirib ki, 40 ədəd yanğınsöndürən maşını artıq yola çıxıb və sabah yanğın zonasına yetişəcək. Bununla da ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayı 93-ə çatacaq. Dövlətimizin başçısı yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını vurğulayıb.

Hazırda yanğısöndürən cəngavərlərimizin qısa müddətdə göstərdikləri fədakarlıqlar, qorxmadan-çəkinmədən od-alovun üzərinə atılmaları dillər əzbərinə çevrilib və bölgə əhalisinin xüsusi rəğbəti ilə qarşılanıblar. Təbii ki belə də olmalıdır. Biz “bir millət, iki dövlət” olduğumuzu sözdə yox, əməldə sübut edirik. Bu isə dostları sevindirir, düşmənlərimizi xar edir.

Türkiyəyə çətin günündə dəstək verən tək Azərbaycan deyil, dost və qonşu ölkələrin də bir çoxları bu və ya digər formada kömək göstərirlər. Dəvət olmadan Rusiyadan 5 təyyarə və 3 helikopter, Ukraynadan 3 təyyarə, İrandan 1 təyyarə və 2 helikopter, Xorvatiyadan 1, İspaniyadan isə 2 təyyarə artıq yanğının ilk həftəsindən yanğınsödürmə əməliyatlarına cəlb edilib. Digər ölkələrdən isə hələki Fransa və Rumıniyadan da müəyyən təkliflər gəldiyi deyilsə də, lakin onların prosesə qoşulduğunu təsdiq edən hər hansı bir konkret məlumat yoxdur.

Gözlənilməz, qəfil baş verən hadisələrdən kim və ya hansı ölkə sığortalanıb ki... Söhbət təbii başverən hadisələrdən gedir, daha süni yaradılan hadisədən yox. Ona görə bu məsələdə bir neçə narahatedici məqam diqqəti cəlb etməyə bilməz. Əvvəla Türkiyədə birdən baş verən və eyni anda onlarla bölgəsini əhatə edən yanğınlar ABŞ və ya İtaliya, Yunanıstan, Kanada və sair ölkələrdə olduğu kimi heç də təbii hadisələrdən qaynaqlanana oxşamır. Söz yox ki, zaman-zaman Türkiyənin ayrı-ayrı vilayətlərində zəlzələlər də, yağış-leysan dolayı torpaq sürüşmələri də, meşə yanğınları da olub və olacaq. Amma Türkiyənin əksər turizm bölgələrində və turizm mövsümündə bir anda meşələrin od-alova bürünməsini heç kim iqlim dəyişikliklərindən olan qlobal istiləşmə ilə əlaqələndirməyə cəhd etməsin.

Aparılan müşahidələr və müqayisəli təhlillərə görə birmənalı söyləmək olar ki, qardaş Türkiyəyə qarşı bir xain və rəzil düşmənçilik siyasətinin çirkin formasına əl atılıb. Politoloq və iqtisadçı ekspertlərin gəldiyi qənaət də ondan ibarətdir ki, Türkiyənin son zamanlar haqq-ədalətə söykənən müstəqil siyasət həyata keçirməsi, bölgənin güc mərkəzlərindən birinə və söz sahibinə çevrilməsi və bu ölkə ilə güc dili ilə danışmağın qeyri mümkün olması Türkiyəyə qarşı açıq terror fəaliyyətlərin genişləndirilməsi və bir də iqtisadi rəqabətin belə kriminal formalarının işə salınması ehtimallarına inandırmaqdan başqa yol qoymurlar.

Həm də əlahəzrət fakt ortadadır: PKK ilə bağlı olan "Alov uşaqları" adlanan terror təşkilatı Türkiyədə günlərdir davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürdüyü, terrorçuları meşə yanğınlarını onların tərəfdarlarının törətdiklərini bəyan ediblər. Deməli, PKK və ayrı-ayrı qanadlarına maddi-mənəvi dəstək verənlərin bu yanğınlarda ən azı onları törədənlər qədər günahları vardır. Əgər belə olmasaydı, başda ABŞ olmaqla yaratdıqları dəyərlər ilə öyünən Avropanın inkişaf etmiş ölkələri heç olmasa sözdə Türkiyəyə dəstək nümayiş etdirərdilər. Narahatçılıq doğuran məqamlardan ən əsası da bir çox ölkələrin bu qədər təhlükəli hadisəyə biganə qalmasıdır. Halbuki həmin ölkələr bu məsələdə ikili yanaşma nümayiş etdirirlər.

Jurnalist dostum Elbrus Cəfərlinin bu məsələ ilə bağlı sosial şəbəkdə paylaşdığı bir statistik göstəricilər diqqətimi cəlb etdi. Sən demə, ABŞ başda olmaqla dünya ölkələri, Avropa Birliyi (AB) ölkələri eyni din, dilə malik, eyni siyasi düşüncə daşıyıcıları olan ölkələrdə zəlzələ, təbii yanğınlar, sel-su daşqınları kimi belə təbiət hadisələri zamanı köməyə ilk çatanlar olublar. Fikir verin, 2019-cu ildə Avstraliyada baş vermiş meşə yanğınları zamanı ABŞ 222 texnika daxil olmaqla 362 xilasetmə heyətini Avstraliyaya göndərib və C-130 yanğınsöndürmə təyyarəsinin 3 pilotu həlak olub.
Kanada 2 CC-17 təyyarəsi, 87 yanğınsöndürəndən ibarət 4 qrup, Fransa 5 yanğınsöndürmə qrupu, Yaponiya 2 C-130 təyyarəsi və 70 fövqəladə qüvvələri personalı, hətta sözdə müsəlman, əməldə xristian dünyasına xidmətkar olan Birləşmiş Ərəb Əmirlikləri 200 könüllü göndərib. Danimarka, Rumıniya, Filippin, Sinqapur, Malayziya və sair olmaqla hardasa 25 ölkə Türkiydəki ilə müqayisədə qat-qat zəif olan meşə yanğınlarına qarşı mübarizədə əməllibaşlı qan-tər töküblər.

Qardaş ölkədə isə yanğınlar ciddi fəsad, ekoloji böhran həddinə çatandan sonra AB-dən səs çıxmağa başlayıb. AB Komissiyasından bildirilib ki, Türkiyədəki meşə yangınları ilə mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək. Uca Rəbbimizin köməkliyi ilə yanğınlar sonlanar və onların yardımına da gərək qalmaz.

Bu arada Türkiyədəki meşə yanğınlarına görə sevinən faşist xislətli ermənilərin hədsiz sevinc hisslərini gözardı etmək olmur. Həyasızlıqları sərhəd tanımayan bu bədnam, bədbəxt qonşular yanğın başlanandan şadyanalıq edərək, sevindikləri görüntülərini videolentə yazaraq çəkinmədən sosial şəbəkələrdə paylaşırlar. Hətta bəziləri Vətən Müharibəmizdə türklərin bizə dəstək verməsi əsas gətirərək bu yanğınların 44 gün davam etməsini istəyirlər. Nə deyəsən, “Allah şəfa versin” – arzusunu dilə gətirsək, faydası yoxdur. Anadangəlmə ağılı olmayan, digər canlılar kimi instinktiv davranan və bundan sonra da ağıllanması mümkün olmayan və ölüm ayağında olan bir saxta millətin şəfa tapması üçün həkimə yox, mollaya ehtiyacı olduğunu unutmamalıyıq. O qədər nanəcib, nankor, naxələf, ibnə millət olasan ki, qonşu ölkədə baş verən təbii fələkətlərdən yaranacaq ekoloji problemlərin ən başlıcası kimi qlobal istiləşmədən sən də zərər görəcəksən, ona, dolayısı ilə özünə bəd dualar edəsən.

Bu anda davranışları ilə Ermənistandan az fərqlənən ABŞ və Avropanın hegemon ölkələrinin laqeydliyinə də bir ad vermək olmur. Yaxşı başa düşürük ki, Amerika və Avropanın bir çox ölkələrini də meşə yanğınları öz ağuşuna alıb və bu ölkələrin rəhbərliyi iddia edə bilərlər ki, başları öz ərazilərində qeyd olunan analoji hadisələrlə mübarizəyə qarışıb.


Bəs mənəvi dəstəyə söykənən birgə dayanışma harda qaldı? Ən azı qardaş ölkənin ağciyərini yandıran terror təşkilatların əməlini pisləyən dəstək bəyənatları vermək olmazmı?

Bu ölkələrdən olan heyvanların hüquqlarının müdafiə üzrə beynəlxalq təşkilatlar müsəlmanların müqəddəs qurban bayramında qurban kəsimlərini ev heyvanlarının kütləvi qətliamı adlandıraraq, heyvanların hüquqlarının kobud şəkildə pozulduğuğunu dünyaya bəyan edirlər. Amma maddi-mənəvi dəstəklərindən yararlanıb ətraf mühitə açıq müharibə elan edən bu terror təşkilatlara sözdə ehtirazlarını bildirmirlər. Bundan sonra “ekoloji təhlükəsizlik”, “yaşıllaşdırma”, “heyvanların hüquqlarının müdafiəsi” və sair və ilaxır başlıqları altında təşkil edəcəyiniz hərəkatlar, elan edəcəyiniz beynəlxalq layihə müsabiqələri və bu layihə müsabiqələri üçün milyonlarla dollar xərcələmək istəylərinizin səmiliyinə heç kəs inanmayacaq və bu addımlarınız ucuz populizmdən başqa bir şey olmayacaq.

Dünyanın dörd bir tərəfində zalimin qarşısında, məzlumun yanında yer alan qardaş Türkiyə isə elə ikincilərin duaları və dost-qardaş ölkələrin maddi-mənəvi dəstəyi ilə təbii ki bu fəlakətli günləri arxada qoya biləcək və yaralarını da sağaldacaq. Allah yar və yardımçıları olsun!!!

Əfsun SUCAYEV
YAP İdarə Heyətinin üzvü

Xəbər xətti