Ana səhifə Mobil versiya
18 Sentyabr 2021

Ölkəyə gələn əcnəbilərin sayı azalıb

Dövlət Miqrasiya Xidməti 2021-ci ilin I yarımili üzrə hesabatını açıqlayıb. Trend-in məlumatına görə, cari ilin I yarımili üzrə ölkəyə 131 min 809 əcnəbi gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə azdır. Olduğu yer üzrə qeydiyyata alınan əcnəbilər isə 51 min 540 nəfər təşkil edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azdır. Xatırladaq ki, ötən ilin I yarımili üzrə bu rəqəm 121 min 651 nəfər olmuşdu. Eynilə qaçqın statusunun əldə edilməsi üçün də 25,5 faiz azalma müşahidə olunub. Belə ki, bunun üçün cəmi 2 nəfər müraciət edib. Müvəqqəti yaşama, daimi yaşama, iş icazəsi, həmçinin vətəndaş mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət edən və readmissiya olunan şəxslərin sayında isə ötən ilin I yarımilliyi ilə müqayisədə artım müşahidə olunub. Beləliklə, müvəqqəti yaşama icazəsi alanların sayı 2,3 faiz artımla 18 min 214 nəfər, daimi yaşayış icazəsi alanlar 33,3 faiz artımla 1231 nəfər, iş icazəsi alanlar 32,4 faiz artımla 3 min 629, vətəndaş mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət edən edənlər 19,3 faiz artımla 10 min 885, readmissiya olunan şəxslərin sayı isə 2 dəfə artımla 201 nəfər olub. Qeyd edilib ki, azalmaların səbəbi pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq sərhədlərin uzun müddət bağlı olmasıdır.
Tarix
28 İyul 2021 [20:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-07-28 20:37:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin