Bakıda güclü külək fəsadlar törətdi - Foto

09:47 - 28 İyul 2021 - HADİSƏ

Ötən gündən başlayan güclü külək Bakıda fəsadlar törədib.

Paytaxtın bir çox yerində ağacların budaqları qırılaraq, yola düşüb.
Səhər erkən saatlardan başlayaraq icra hakimiyyətlərinin müvafiq qurumlarının əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıblar.

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun 27-dən 29-nadək respublikanın bir sıra yerlərində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi barədə xəbərdarlıq etmişdi.///trend


Xəbər xətti