Ana səhifə Mobil versiya
18 Sentyabr 2021

Komaya düşən Vətən Müharibəsi qazisi vəfat etdi – FOTO

12 gün öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub.

Ucnoqta.az xəbər verir ki, qazi Zeynal Şahhüseynov Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin məsləhəti ilə xüsusi şəraitdə Bakıya gətirilib. O, müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Könüllü əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.
Əsgər Z.Şahhüseynov döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazinin vəziyyəti orada ağırlaşıb. Daha əvvəl Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilən Zeynal bu ayın əvvəlində Bakıya gətirilib.

Tarix
16 İyun 2021 [15:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-16 15:11:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin