Şəmkirdə torpaq sürüşdü, altında qalanlar var - TƏFƏRRÜATLAR

20:37 - 8 İyun 2021 - HADİSƏ

Şəmkir rayonunda baş verən hadisənin təfərrüatı məlum olub.

Həyatyanı sahədə artezian quyusu qazılan zaman torpaq çökməsi baş verib.

Nəticədə iki nəfər - 32 yaşlı Rövşən Məmmədov və 36 yaşlı Tural Qələndərli torpağın altında qalıb. Sonra onların hər ikisi yaralı vəziyyətdə torpağın altından çıxarılıb. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların həyatı təhlükələri yoxdur.

Faktla bağlı araşdırma aparılır.///report


18:57

Şəmkir rayonunda torpaq sürüşməsi baş verib.

“Report”un məlumatına görə, bir neçə nəfər torpaq altında qalıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Xəbər xətti