"Qaya" ansamblının gitaraçısı koronavirusdan ölüb

16:59 - 4 May 2021 - Mədəniyyət

"Qaya" ansamblının gitaraçısı, pedaqoq, rəssam və şair Adil Qədirov vəfat edib.

Bunu Trend-ə "Qaya"nın vokalçısı, xalq artisti Cavan Zeynallı deyib.

Onun sözlərinə görə, musiqiçi 66 yaşında koronavirusdan dünyasını dəyişib.

Adil Qədirov 1980-ci illərdə "Qaya" ansamblının və onun nəzdində yaradılmış "Talisman" rok qrupunun üzvü olub.

Xəbər xətti