"Şamaxinka"dakı yol qüsuru nəzarətə götürülüb

14:16 - 16 Aprel 2021 - Xəbər

Ötən gün sosial şəbəkələrdə "Şamaxı yolu" adlanan ərazidə, daha dəqiq 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılmışdı. Belə ki, piyada zolağı yolun bir tərəfində dekorativ kollara doğru çəkilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Ucnoqta.az-a verilən məlumata görə, bu barədə Azərbaycan Agentliyin aidiyyəti şöbəsinə məlumat verilərək problem nəzarətə götürüldü. 

Bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olublar və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıqlar verilib.

Qeyd edilən ərazidə problemin aradan qaldırılması üçün atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xəbər xətti