Kürdəmirdə budundan bıçaqlanan kişi öldü

10:56 - 8 Aprel 2021 - HADİSƏ

Kürdəmir rayonunda qətl hadisəsi olub.

”Report” xəbər verir ki, rayon sakini, 52 yaşlı Səmədov Arif Abduləziz oğlu hər iki bud nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb.

A.Səmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı şəraitdə qətlə yetirilməsi hələ ki məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər xətti