Peskov Şuşada qalıqları tapılan “İsgəndər M”lər barədə danışmaqdan imtina etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İsgəndər M” raketlərinin Şuşada qalıqlarının tapılması barədə danışıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin sözçüsü jurnalistlərin “Prezident Vladimir Putinə Ermənistan Baş naziri Nikol Paşinyanla görüş öncəsi Azərbaycan tərəfinin “İsgəndər M” raketinin tapılması ilə bağlı bəyanatı haqqında məruzə olunubmu” sualına belə cavab verib:

“Raket haqqında heç nə deyə bilmərəm. Bilmirəm, məlumatım yoxdur”.

Peskov bu gün Putinlə Paşinyanın ikitərəfli gündəmdə duran məsələləri, inteqrasiya proseslərini, eləcə də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarının həyata keçirilməsini müzakirə edəcəklərini söyləyib.

Tarix
7 Aprel 2021 [16:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-07 16:51:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin