“ASAN xidmət”in sədri peyvənd olundu - Foto

15:50 - 7 Aprel 2021 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev COVID-19 əleyhinə peyvənd olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ülvi Mehdiyev sosial şəbəkə hesabında yazıb:

“COVID-19 xəstəliyi əleyhinə ölkəmizdəki Vaksinasiya Strategiyasına uyğun olaraq “ASAN xidmət” əməkdaşlarının vaksinasiyası davam edir. Bu gün mən də prosesə uyğun olaraq vaksin olundum. Hər kəsi bu xəstəliyə qarşı kütləvi immunitetin yaradılması üçün vaksin olunmağa çağırıram”.

 


Xəbər xətti