Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt şəhərlərində 9, Abşeron rayonunda 21 ümumi təhsil müəssisəsinin hər birinin pedaqoji və texniki heyəti üzrə 90 %-dən çox əməkdaşının vaksinasiya prosesi yekunlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.
E.Əmrullayev həmin təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.
Tarix
7 Aprel 2021 [12:23]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin