Qəbələdə evdən çıxan koronavirus xəstəsi saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi və digər vətəndaşlarla ünsiyyətdə olduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Corlu kənd sakini Sübhan Mahmudovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün evdə müalicə almasına baxmayaraq, həmin şəxs Mirzəbəyli kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

S.Mahmudov barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Tarix
7 Aprel 2021 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-07 11:38:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin