Astara sakini ülgüc udub

11:16 - 7 Aprel 2021 - HADİSƏ

Astara rayonunda 30 yaşlı kişi ülgüc udub.

Hadisə ötən gecə baş verib.
Belə ki, rayonun Burzubənd kənd sakini, 1991-ci il təvəllüdlü Yasəf Cəmil oğlu Əliyev ülgüc (lezva) udaraq intihara cəhd edib. Yaxınları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Y.Əliyev əməliyyat olunub və ülgüz onun daxili orqanından çıxarılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq olmasa da hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə versiya üzərində araşdırmalara başlayıblar.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti