Türkiyədə son sutkada koronavirusdan 28 498 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 211 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 32 667 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 49 584 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 579 185 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 28 498 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 159 475 nəfər təşkil edir.

Tarix
7 Aprel 2021 [00:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-07 00:45:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin