Ronaldonun qolu sayılmadı, baş hakim üzr istədi - VİDEO

Futbol üzrə 2022-də keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya-Portuqaliya matçı qalmaqalla yadda qalıb.

Hesab 2:2 olarkən oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Ronaldo qol vurub. Lakin oyunun baş hakimi Danni Makkeli qolu hesaba almayıb. O, üstəlik yan xətt hakiminə etiraz edən Ronaldoya sarı vərəqə də göstərib. Ronaldo isə qolundakı kapitan sarğısını yerə ataraq stadionu tərk edib.

Baş hakim Makkeli oyundan sonra qolun vurulduğu epizodu izləyərək səhv etdiyini etiraf edib və Portuqaliya yığmasının üzvlərindən üzr istəyib. 

Serbiya - Portuqaliya - 2:2
Qollar: Mitroviç, 46. Kostiç, 60 - Jota, 11; 36.
İrlandiya - Lüksemburq - 0:1
Qol: J.Rodriqes, 85.
Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3, İrlandiya - 0, Azərbaycan - 0
///baku.ws

Tarix
28 Mart 2021 [13:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-28 13:26:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin