Suraxanıda avtomobildən oğurluq edilib

13:03 - 26 Mart 2021 - HADİSƏ

Suraxanı rayonunda avtomobildən mobil telefon və videoqeydiyyat qurğusu oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat tədbirləri nəticəsində martın 24-də rayon ərazisində vətəndaşa məxsus “Hyundai” markalı avtomobildən 1070 manat dəyərində mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılıb.

Xəbər xətti