Biləsuvarda ölümlə nəticələnən qəzanın səbəbi bilindi

10:34 - 13 Mart 2021 - HADİSƏ

Biləsuvarda baş verən avtomobil qəzasının səbəbi məlum olub. 

Bununla bağlı Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.  Bildirilib ki, ilkin ehtimallara görə, qəza yolun sürüşkən olması səbəbindən baş verib.

99-MT-886 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. 

Hadisə nəticəsində sərnişinlərdən 1981-ci il təvəllüdlü kişi dünyasını dəyişib. Onun kimliyi hələlik məlum deyil.

Xəbər xətti