Gədəbəydə yağan qar nəqliyyatın hərəkətində çətinlik yaradıb

Yağan qar dağlıq rayonlarda nəqliyyatın hərəkətində problemlər yaradıb.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy rayonu istiqamətində hərəkətdə olan, qoşqulu yük avtomobili yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.

Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçirib.

Belə ki YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün işlər görülüb. Nəticədə yük avtomobili hərəkətini bərpa edərək yoluna davam edə bilib.

Tarix
8 Mart 2021 [21:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-08 21:34:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin