Gədəbəyədə ağır qəza: 6 nəfər xəsarət aldı

20:20 - 8 Mart 2021 - HADİSƏ

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Dəyirmandağ kəndində qeydə alınıb. İlkin məlumata görə, "VAZ 2107" markalı avtimobil 20 BZ 777 dövlət nömrə nişanlı "Hyundai" markalı maşınla toqquşub.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.Yaralılardan 5 nəfərin vəziyyəti yüngül, bir nəfər Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü Aynurə İsmayılivanın vəziyyəti isə qismən ağırdır.
Yaralanan şəxslər yaxınlarının məzarını ziyarət etmək üçün Gədəbəy rayonuna gedirlərmiş.///unikal.org

Xəbər xətti