BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub

Martın 7-dən başlayaraq Yaponiyanın Kyoto şəhərində BMT-nin Cinayətkarlığın Qarşısının alınması və Cinayət Ədliyyəsi üzrə 14-cü Konqresi davam edir.

Konqres zamanı qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kyoto Bəyannaməsi qəbul olunub.

Bu 5 illik proqram xarakterli mühüm sənəddə Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən bir sıra müddəalar əksini tapıb.

Qeyd edək ki, martın 12-nə qədər davam edəcək Konqresdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi, tərkibinə XİN, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti təmsil edir.

Tarix
8 Mart 2021 [15:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-08 15:03:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin