Bu ölkədə də ən sərt məhdudiyyətlər tətbiq ediləcək

Macarıstandan bu gündən etibarən pandemiyanın başlanmasından bu yana ən sərt məhdudiyyətlər qüvvəyə minir.

Bu barədə “Euronews” məlumat yayıb.
Ölkədə aprelin 7-nə qədər uşaq bağçaları və ibtidai məktəblər bağlı olacaq. Martın 22-nə qədər xidmət sahələri, həmçinin mağazalar (ərzaq mağazaları və apteklər istisna olmaqla) bağlı olacaq.

Həftə sonu paytaxt Budapeştdə və digər böyük şəhərlərdə müştərilər mağazalara axın edib. Supermarketlər və mebel dükanlarının qarşısındakı avtomobil dayanacaqlarında demək olar ki, boş yerlər qalmayıb.

Koronavirusa yoluxma hallarının artması fonunda tətbiq olunacaq məhdudiyyətlərlə bağlı əhaliyə cümə axşamı xəbərdarlıq edilib. Hökumət müəssisə rəhbərliklərinə müraciət edərək uzaqdan iş rejiminə keçməyə çağırış edib.///oxu.az

Tarix
8 Mart 2021 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-08 11:51:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin