Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanılıb

10:04 - 8 Mart 2021 - HADİSƏ

Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsinə əsasən, barəsində axtarış elan edilmiş Biləsuvar rayon sakini R.Əzizov Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Xəbər xətti