Gürcüstanda DƏHŞƏTLİ HADİSƏ: 27 yaşlı gənc valideynlərini və nənəsini qətlə yetirdi

19:26 - 7 Mart 2021 - HADİSƏ

Gürcüstanın Telavi bələdiyyəsində bir ailənin üç üzvü qətlə yetirilib.

“Report”un yerli bürosu xəbər verir ki, 27 yaşlı gənc valideynlərini və nənəsini odlu silahla öldürüb.

Hadisə yerinə polis cəlb olunub. Qətlin təfərrüatları hələ məlum deyil.
Gəncin psixi problemlərinin olduğu bildirilir. Onun yaxalanması üçün operativ əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda ailə üzvünün qəsdən qətlə yetirilməsi maddəsi üzrə istintaq başlanılıb.

Xəbər xətti