DİN-də yeni təyinat - Vilayət Eyvazov dünya çempionuna vəzifə verdi

18:57 - 7 Mart 2021 - Xəbər

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Heydərov vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Sadiq Heydərov həm də ağır atletika üzrə keçmiş dünya çempionudur.

Xəbər xətti