Xızıda minik avtomobili qarlı yolda qalıb

10:01 - 7 Mart 2021 - HADİSƏ

Xızı rayonunda minik avtomobili qarlı yolda qalıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xızı rayonunun Qızılqazma kəndində “VAZ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.

Xəbər xətti