Gəncə şəhərində yerləşən 37 saylı məktəb koronavirus səbəbindən dayandırılıb.
900-ə yaxın şagirdi olan təhsil müəssisəsində tədris prosesi onlayn qaydada təşkil olunub.
Baku TV-yə bu barədə danışan Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, gələn həftə şagirdlərin əyani şəkildə məktəbə gələcəyi nəzərdə tutulub.
O da bildirilib ki, təhsil ocağında artıq bir neçə dəfə dezinfeksiya işləri aparılıb.
Məsələ ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:
Tarix
6 Mart 2021 [20:31]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin