"Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir"- Hikmət Hacıyev

“Məscidin dağıdılması ilə yanaşı, həm də təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Füzulinin Mərdinli kəndində diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verərkən deyib.

"Mərdinli kəndinə gəlməyimizin əsas səbəblərindən biri bu kəndin dağıdılması ilə yanaşı bu kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir. Gördüyünüz kimi, digər işğal edilmiş ərazilərdə şahid olduğumuz kimi, burda da görürük ki, bu məsciddən də heyvanların, donuzların saxlanması üçün istifadə edilib.

İndiyə qədər səfər edilən kəndlərdə yaşayış yerlərində də görmüsünüz ki, daş-daş üstündə qalmayıb. Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı onun təhqir edilməsi düşünürəm ki, bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir", - o qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, digər ərazilər kimi bu kəndin ərazisi də piyadalar və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib: "Bu ərazilərin təmizlənməsi üçün ANAMA tərəfindən işlər aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanları olub".

H. Hacıyev bildirib ki, bütün bu dağıntılara baxmayaraq Azərbaycan tikinti və bərpa işləri aparır. O qeyd edib ki, səfər çərçivəsində Füzuli Hava Limanı və Füzulidən Şuşaya çəkilən əsas magistral yolla da tanışlıq olacaq.///Apa

Tarix
6 Mart 2021 [11:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-06 11:35:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin