Dünya iqtisadiyyatı qum qıtlığı ilə üzləşə bilər

Qlobal iqtisadiyyat ən vacib materiallardan biri sayılan qum çatışmazlığı ilə üzləşə bilər.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Qeyd olunur ki, bu, XXI əsrin ən böyük problemlərindən biri ola bilər. Belə ki, qum sudan sonra ən çox tələb olunan ikinci mənbədir. Qum yolların, körpülərin, yüksək sürətli keçidlərin tikintisində istifadə olunan əsas materialdır. Bu məhsul şüşənin, silikon çiplərin və digər məhsulların istehsalında da istifadə olunur. Xüsusilə, bir ton sement istehsalı üçün 10 ton qum tələb olunur. Təkcə inşaat sektoru hər il 40-50 mlrd. ton arasında qum istehlak edir.

Tarix
5 Mart 2021 [18:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-05 18:35:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin