İranda təyyarə qaçırmağa cəhd edilib

16:17 - 5 Mart 2021 - DÜNYA

İranda sərnişin təyyarəsinin qaçırılmasının qarşısı alınıb.

“Report” "Associated Press”ə istinadən xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı yayıb.

Bildirilib ki, hadisə martın 4-də axşam saatlarında baş verib. "İran Air” şirkətinə məxsus Əhvaz Məşhədə uçan təyyarənin göyərtəsində onun qaçırılmasına cəhd edilib. Nəticədə təyyarə İsfahan şəhərindəki hava imanına endirilib.

Təyyarəni qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər xətti