1000-dən çox müəllim peyvənd olunub - Emin Əmrullayev

14:20 - 5 Mart 2021 - Xəbər

Artıq 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib.

Bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür:

"Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib. Şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir. Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Xəbər xətti