Marsın orbitindən yeni ağ-qara və rəngli şəkillər göndərildi - FOTO/VİDEO

09:00 - 5 Mart 2021 - MARAQLI

Çinin avtomatik planetlərarası “Tianven-1” stansiyası Mars orbitindən yeni ağ-qara və rəngli fotolar yollayıb.

“İzvestiya”nın məlumatına görə, bu barədə Çinin Milli Kosmik Agentliyi məlumat verib.
Ağ-qara şəkillər  330-350 km hündürlükdə çəkilib və onlar üzərində kraterlər, dağ silsilələri və təpələr görünür.

Mütəxəsəssislərin məlumatına görə, təsvirdə əks olunan ən böyük kraterin diametri 620 metrdir.
Bundan əlavə, “Tianven-1” Marsın şimal qütb dairəsini çəkə bilib.///oxu.az


Xəbər xətti