Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə qəza nəticəsində Silahlı Qüvvələrin 9 hərbçisinin həlak olduğunu, 4-nün yaralandığı bildirilir.
Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.
Qəzanın səbəbi barədə hələlik məlumat verilməyib.
Qəzada həlak olan hərbçilər arasında 8-cı kolordu komandanı general-leytenant Osman Ərbaşın da olduğu məlum olub.
Tarix
4 Mart 2021 [21:39]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin